Tərbiyə və mədəni maarifləndirmə

 

Tərbiyə və mədəni maarifləndirmə departamenti

Tanışlıq

 Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, əl-Mustafa Beynəlxalq Universitetinin bir bölümüdür. Bu universitet, mədəni tərbiyəyə əsaslanan təhsil kimi məsuliyyətli və ağır vəzifəni öhdəsinə alaraq, tələbələrin ali mənəvi əxlaq və elm qüllələrini fəth etməsini hədəfləyir. Daim təhsil və elmi tədqiqatlarla yanaşı tələbələrin maraq dairəsi, zövqlərini mədəni-maarif proqramları və tərbiyəvi üsullarla təmin etsin.

 

 

Həfədlər

Tələbələrin təhsildən kənar mədəni ehtiyaclarını əhatə edərək, onların sahib olduğu elmi-mədəni istedadları inkişaf etdirmək

 

Tərbiyə və mədəni təlim siyasətləri

Quran və Əhli-beytə (ə) əsaslanaraq, tərbiyə və mədəni fəaliyyətlərdəki proqramların təşkil edilməsi, tərbiyəyə əsaslanan təhsilinin gələcək planlarının hazırlanmasını təmin etmək.

 

 

Tərbiyə və mədəni maarifləndirmə departamenti Quran və hədis, Tərbiyə və mədəni-maarif bölümlərindən təşkil tapmışdır. Bu departamentin bölümlərinin ən ümdə vəzifələri aşağıdakılardan ibarətdir:

 

 

Quran və hədis ofisi

Bu ofis, Quran və hədis sahəsində tələbələrə lazımı xidməti göstərir:

  1. Quran və hədis disputlarının təşkil edilməsi;

İndiyədək Quran və hədis sahəsində onlayn şəklində ingilis, ordu və fars dillərində, müxtəlif mövzularda, o cümlədən: Həzrət İmam Səccadın (ə) "Hüquq risaləsi", "Quran və müasir zaman", "Quranın möcüzəvi xüsusiyyətləri", "Dua və ədəb" və sair mövzularda çoxsaylı elmi disputlar təşkil edilmişdir. 

  1. Həftəlik onlayn dua məclislərinin təşkil edilməsi;

Hər həftə, müxtəlif millətlərdən olan tələbələrin onlayn əlaqə ilə birgə dua məclisi qurulur. O cümlədən: Kumeyl duası, Əmirəl-mömininin (ə) minacatı, "Minacati-xəmsə əşərə" –dən seçmələr, "Səhifeyi-səccadiyyə" –dən seçmələr, Mücir duası, Yəstəşir duası, Məşlul duası, Semat duası, Məkarimül-əxlaq duası, Təvəssül duası, Kəsa duası və sair.  

 

  1. Beynəlxalq Quran və hədis olimpiadası və müxtəlif müsabiqələr

Bu müsabiqələr fars və ərəb dillərində təşkil edilir.

İndiyədək, müxtəlif müsabiqələr, o cümlədən: İbərat (Quran və İmam Hüseyn (ə) mövzusu ilə), Samirra günəşi (İmam Hadinin (ə) haqqında)  və sair təşkil edilmişdir.

Beynəlxalq Quran və hədis olimpiadası iki dəfə, onlayn və qeyri-onlayn şəklində, müxtəlif millətlərdən olan tələbələrin iştirakı ilə təşkil edilmişdir. Beynəlxalq Quran və hədis olimpiadası əl-Mustafa Beynəlxalq Universitetinin tərkibindəki bütün universitetlərin birgə daxili olimpiyadasıdır. Allahın lütfü ilə, 2010-cu ildə əl-Mustafa Beynəlxalq Virtual Universiteti, On yeddinci Beynəlxalq Quran və hədis olimpiadasında ilk dəfə olaraq iştirak etdi. Quran və hədis ofisimiz, ölkədaxilindəki ən nümunəvi ofis ünvanına layiq görüldü.    

 

  1. Quran və hədis təhsili

Bu təhsil sistemi ərəb və fars dillərində fəaliyyət göstərir. Müxtəlif mövzularda, o cümlədən; İmam Xomeyni həzrətlərinin (riz) "Qırx hədis" kitabı və Şəhid Mütəhhərinin "Quran təfsiri" kitablarının təlimində fəaliyyət edir.

Buradakı təlim sistemi, müxtəlif media-informasiya texnologiyalarından bəhrələnmişdir. O cümlədən; video, təsvir və mətn şəklində elmsevərlərə təqdim edilir.

 

  1. İki dildə təqdim edilən "Səhifeyi-səccadiyyə" elmi-mənəvi proqramı

Səsli (mp3) və səssiz olaraq dörd formada təqdim edilən bu elmi-mənəvi proqram, tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.

 

Tərbiyə və mədəni-maarif ofisi

Tərbiyə və mədəni-maarif ofisi, tələbələrlə səmərəli əlaqələr yaradaraq, onların bacarıq və istedadlarının kəşf və inkişaf etdirilməsində mühüm rol oynayır. Həmçinin, tələbələrin praktik fəaliyyətlərinin inkişaf və tənzimlənməsini nəzərdə tutan təhsil sisteminə də malikdir. Bu ofisin ən mühüm fəaliyyətləri aşağıdakılardır: 

 

  1. Müxtəlif müsabiqələrin keçirilməsi və Tuba beynəlxalq festivalı

Bu sahədə müxtəlif müsabiqələr keçirilmişdir. Tuba beynəlxalq festivalı hər iki ildə bir dəfə keçirilir və əl-Mustafa Beynəlxalq Universiteti ilə əlaqədar olan bütün şəxs və idarələri əhatə edir. Bu universitetin tələbələri də həmin festivalda iştirak edə bilərlər.  

 

 

  1. Sosioloji disputların onlayn təşkili və icrası

Onlayn proqramlar müəllim və şagirdlərin əyani görüşünün virtual təşkilidir. Bu sahədə təşkil olunan sosioloji disputlar, tələbələrin dünya görüşünü artırmaq və təhlil qüvvələrini inkişaf etdirmək üçün nəzərdə tutulmudur.

  1. Praktik təhsil

Praktik təhsil və məharətlərin inkişafı təlimləri, MBVU-nin hədəflərindən biridir. Bu təlimlər, tələbələrin istək və təlim ehtiyacına bağlı olaraq, tənzimlənərək təqdim edilir. Onların istedadları nəzərdə alınaraq, təbliğ və tədris bacarıqları genişləndirilir. 

 

 

  1. Tələbə təşkilatlarını və onların mədəni-maarif fəaliyyətlərini himayə etmək

Şübhəsiz, tələbələrin elmi-mədəni sahədə güclü və zəngin təşkilatlarının olması, onların inkişafı üçün lazımı şəraitin yaranmasında mühüm rol oynayır. Tələbələrin çoxsaylı gizli istedad və bacarıqları özfəaliyyət qruplarında aşkar olur. Tərbiyə və mədəni-maarif ofisi ofisi tələbə təşkilatlarını himayə etməkdən əlavə, tələbələrin fərdi mədəni-maarif fəaliyyətlərini də himayə edir.

 

Tərbiyə bölümü

Tərbiyə və mədəni-maarif ofisi, Tərbiyə bölümündə, tələbələrin mənəvi və əxlaqi səciyyələrini inkişaf etdirməyi öhdəsinə alır. Bunun üçün, təqdim etdiyi proqramlar və fəaliyyətlər (ki, çoxu ərəb dilindədir,) aşağıdakılardır:    

 

- Əxlaq mürəbbiləri

Bu bölümün rəsmi fəaliyyəti yaxın zamanlarda başlamışdır. Tələbələrin təhsil səviyyəsi, cinsiyyəti, başqa müştərək xüsusiyyətləri  nəzərdə alınmaqla, müxtəlif qruplarda yerləşdirilir. Hər qrupa xüsusi bir əxlaq müəllimi təyin edilir. Onlayn və oflayn şəklində ustad və tələbələr arasında mənəvi və əxlaqi ünsiyyət fəzası təşkil edilir.

Bu proqramda, əsas, əxlaq müəllimi ilə tələbələr arasında mümkün olan ən yüksək həddə mənəvi ülfətin qurulmasıdır. Hər bir qrup sırf xanımlar, yaxud sırf kişilərdən təşkil tapır. Əxlaq mürəbbisinin seçilməsi zamanı məxsus əxlaqi xüsusiyyətlərinə diqqət edilir.

Hal-hazırda universitetdəki tələbələrin bir hissəsi bu proqrama cəlb edilmişdir. İnşallah, gələcəkdə tam olaraq bütün tələbələri əhatə etməsi nəzərdə tutulur. 

 

 

- Onlayn əxlaq-mənəviyyat disputları

Bu proqramlar, müəllim və şagirdin əyani görüşünün virtual canlandırılmasıdır. Burada, əxlaqi bəhslər müzakirə edilir. Başqa təbirlə desək; Dini hövzədə daim icra edilən "Əxlaq dərsləri" icra edilir. Tərbiyə və mədəni-maarif ofisi, bu proqramlara xüsusi diqqət yetirir.

- Onlayn müşavirə disputları

Gündəlik qarşılaşa biləcəyimiz  mövzular, o cümlədən: zaman idarəçiliyi, evlənmək, həyat yoldaşı ilə davranış, iztirab və nevroz halları və sair məsələlər, diqqət, təfəkkür, öyrənmək, təcrübə və məşvərət tələb edir. Tərbiyə və mədəni-maarif ofisinin onlayn müşavirə disputları bu məsləhət ehtiyaclarının təmin edilməsi üçün ciddi şəkildə münasib fəzanı yaradır və ona nəzarət edir.

 

 

- Həyat məharətləri kursları

Müşavirə proqramları ilə yanaşı, "Həyat məharətləri kursları" da önəmli fəaliyyət göstərir. Tərbiyə və mədəni-maarif ofisi ilk dəfə olaraq, bu ilki proqramlarda bunun icrasını nəzərdə tutmuşdur.

- "Ustad Şəhid M. Mütəhhərinin düşüncələri" kursu

Tərbiyə və təlim özünün geniş mənasında, yəni "ilahi insan" olmaq yolunda hansı düşüncələrə sahib olmaq, necə seçim etmək, necə əməl etməyi dəc əhatə edir.

İslam dinini olduğu kimi anlamaq və onu dərk etmək üçün "düzgün düşüncə tərzi və təhlil qüvvəsi" dedikdə, onun ən etibarlı və təsdiqlənmiş nümunəsi Ustad Şəhid M. Mütəhhərinin fikirləri göz önünə gəlir.

 " Ustad Şəhid M. Mütəhhərinin düşüncələri" adlı mütaliə kursları da,    Tərbiyə və mədəni-maarif ofisində keçən ildən başlayaraq ümumi ünvanda və müxtəlif formalarda fəaliyyət edir.

 

Beynəlxalq Quran və hədis olimpiadası

Əl-Mustafa Beynəlxalq Quran və hədis olimpiadası bir neçə müsabiqədən ibarətdir. Hər il əl-Mustafa Beynəlxalq Universiteti tərəfindən ona bağlı mərkəzlərdə tələbələr və Quran həvəskarları arasında keçirilir. Bu olimpiada  iştirakçılar, milli mənsubiyyət və müsabiqə bölümlərinin rəngarəngliyi, həmçinin müxtəlif ölkələrdə eyni zamanda icrası baxımından misilsizdir.

Əl-Mustafa Beynəlxalq Quran və hədis olimpiadası indiyədək iyirmi bir dəfə təşkil edilmişdir. İyirmi ikinci olimpiyada isə 2017 Fevral ayının sonlarında təşkil edilib.

 

Hədəflər

*Qurani-kərimin və məsumların (ə) həyat bəxş edən maarifini yaymaq

 

*Əl-Mustafa Beynəlxalq Universitetinin tələbələrinin Qurani-kərimin məharət və fənnlərinə yiyələnməsinə rəvac vermək

 

*İştirakçıların Quran, hədis və dualarla üns tutmasına şərait yaratmaq

* Əl-Mustafa Beynəlxalq Universitetinin və Elmi hövzələrin Quran və hədis sahəsindəki uğurları və potensiallarıni daha yaxşı analiz etmək

*Beynəlxalq arenada Quran və hədis sahəsində xüsusi istedadı olan şəxsləri, seçilmişləri tanımaq

*Quran və hədis sahəsində fəaliyyət göstərən nümunəvi və müvəffəq ülgüləri tanımaq və təqdir etmək

*Müxtəlif ölkələrdə yerləşən Quran mərkəzləri, fəaliyyət qüvvələri və tələbələri ilə geniş və sıx əlaqə yaratmaq

* Əl-Mustafa Beynəlxalq Universitetinin Quran və hədis sahəsindəki müxtəlif təlim, təhsil və fəaliyyətlərini ölçüb-qiymətləndirmə, hədəfə uyğunluğunu dəyərləndirmə və möhkəmləndirmə

 

İştirakçılar

* Əl-Mustafa Beynəlxalq Universitetinin SƏJA sistemində təhsil koduna malik İranlı və İranlı olmayan tələbələr, məzunlar bu olimpiyadada iştirak edə bilərlər.

Olimpiyadanın bölümləri

Bu olimpiyada 3 əsas bölümdə fəaliyyət göstərir:

  • Tədqiqat (əsərlər)
  • Yazılı müsabiqələr
  • Hünər

 Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin tələbələri 14-cü olimpiyadadan etibarən bu müsabiqələrdə iştiraka başlamışdır. Hər üç bölümdə seçilmiş və yüksək rütbə-məqamları əldə edə bilmişdir.

Virtual Quran Şəhəri

 

Qurani-kərim virtual şəhəri "Qurani-kərim virtual şəhəri" saytı, Qurani-kərimin elm və maarifini yaymaq hədəfilə virtual aləmdə fəaliyyət göstərən tam və kamil bir Quran ensiklopediyasıdır. Bu sayt, müraciət edənlərin Quranla ünsiyyətinin çoxalması və dərinləşməsinə xidmət göstərir. .

"Qurani-kərim virtual şəhəri" www.quran.ir saytı, Qurani-kərimin elm və maarifini yaymaq hədəfilə virtual aləmdə fəaliyyət göstərən tam və kamil bir Quran ensiklopediyasıdır. Bu sayt, müraciət edənlərin Quranla ünsiyyətinin çoxalması və dərinləşməsinə xidmət göstərir. Hal-hazırda fars dilində fəaliyyət edir və gələcəkdə ərəb dilində də xidmət göstərməsi nəzərdə tutulur.

3- Tələbə dialoqu və disputu

Tələbə dialoqu və disputu www.quranct.com www.quraniccity.com internet ünvanları ilə bu sahələri əhatə edir: Dialoq və disput otağı, kitabxana, blok, Quran simaları, foto qalereya və sair. Sayt fars və ərəb dillərində dəyərli tələbələrin nəzər və fikirlərinin dialoqu üçün fəaliyyət göstərir.   

Elmi-tədqiqat

Elmi-tədqiqat departamenti, əl-Mustafa Beynəlxalq Universitetinin strateji hədəflərinin və elmi-tədqiqata əsaslanan təhsil sisteminin icrası üçün müxtəlif elmi-tədqiqat proqramlarını icra edir.

Virtual Quran Şəhəri

Qurani-kərim virtual şəhəri "Qurani-kərim virtual şəhəri" saytı, Qurani-kərimin elm və maarifini yaymaq hədəfilə virtual aləmdə fəaliyyət göstərən tam və kamil bir Quran ensiklopediyasıdır. Bu sayt, müraciət edənlərin Quranla ünsiyyətinin çoxalması və dərinləşməsinə xidmət göstərir. .

Nümayəndəliklər və şöbələr

Virtual Universitetin Nümayəndəlikləri
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti özünəxas olan bacarıq və imkanla Əl-Mustafa Beynəlxalq Universitetinin ali hədəflərinin reallaşması üçün daim müvəffəqiyyətlə addım atmışdır. Bu xüsusda:

Konfrans və vebinarlar

Əl-Mustafa Virtual Universiteti beynəlxalq və məntəqə səviyyəli yaxud milli simpozyum və nəzəriyyə kürsüləri proqramları təşkil edir və başqa mötəbər elmi mərkəzlərin təşkil etdiyi belə proqramlarda iştirak edir. Bu universitetin beynəlxalq elmi strategiyasına əsaslanır. Bu fəaliyyətlər, elmi bəhslərin dərin araşdırılması, elmi dəyirmi masalara diqqət və din-məzhəb dialoqlarının inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulmuşdur.

Canlı yayım

İslam maarifinin yayılması məqsədilə Əxlaq dərslərinin virtual təşkili

Events

Qəbul təqvimi

İndiyədək

Təhsil dövrələri

23

Dərslər

43

Qeydiyyat

7318

Təhsil alan tələbələrin ölkələri

96

Bizilmə əlaqə

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+98 25 32114115

təbliğatçımıza

Şəbəkələr-saytlar

Üzvlük xəbər bülleteni